Qazaxıstanın Manqistau vilayətinin Janaozen rayonundakı təbii qaz emalı zavodunun direktoru saxlanılıb.
Eləcə də bax: Qazaxıstanda hökumət - İSTEFA VERDİ
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, məlumatı “Zakon.kz” yayıb.
Bildirilib ki, onunla birlikdə maye qazın elektron ticarəti bölməsinin rəhbəri də saxlanılıb.
Məlumata görə, zavod direktoru heç bir səbəb olmadan təbii qazın qiymətini bahalaşdırıb.
Xatırladaq ki, Qazaxıstanda yanvarın 2-dən Janaozen rayonu başda olmaqla Manqistau vilayətinin digər bölgələrində etiraz aksiyaları keçirilib. Sakinlər maye qazın qiymətinin kəskin artmasına etiraz ediblər. Ölkədə maye qazın dəyəri 60 təngədən 120 təngəyə qaldırılıb.
Hökumət Manqistau vilayətində maye qazın qiymətini 1 litr üçün 50 təngəyə (0,11 dollara və ya 20 qəpik - red.) endirsə də etirazlar davam edir.
Ölkə Prezidenti Kasım-Jomart Tokayev vilayətdə yanvarın 19-dək fövqəladə vəziyyət rejimi elan edib.