Qazaxıstanın Rəqabətin Qorunması və İnkişafı Agentliyi (AZRK) mayeləşdirilmiş qazın (LPG) 180 pərakəndə satıcı ilə bağlı araşdırmaya başlayıb.
Eləcə də bax: Qazaxıstanda yanacağın qiymətinin müvəqqəti tənzimlənməsinə - BAŞLANILIB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki,, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, araşdırmalar ökənin Manqistau vilayətində 85, Karaqandada 14, Atırauda 22, Akmolada 22, Qızılordada 12, Nur-Sultanda 4, Şımkənddə 5, Kostanayda 4, Şimali Qazaxıstanda 4, Türküstanda 5, Cambilda 2, Almatıda isə 1 sahibkarları əhatə edir. Məqsəd bütün regionlarda LPG-nin qiymətlərinin müəyyən edilməsi və sövdələşmə əsasında satışının qarşısının alınmasıdır.