Qazaxıstan Milli Neft Nəqliyyatı Şirkətinin (KazTransOil) yaydığı açıqlamada, fevralın 25-də Almaniyaya ixrac üçün 20 min ton Qazaxıstan neftinin Polşa sərhədindəki Adamova Zastava neft terminalına göndərildiyi bildirilib.
Ceyhandan Azərbaycan neftinin ixracı yaxın vaxtda - Normal Qrafikə Qayıdacaq
FED.az xəbər verir ki, şirkətin açıqlamasına görə, neftin Adamova Zastava terminalına ötürülməsi üçün Rusiyanın neft və qaz nəqli şirkəti Transneft-in boru kəmərlərinə neft vurulub.
Bundan əlavə, açıqlamada bildirilib ki, “KazTransOil” 2023-cü ildə eyni marşrutla 1,2 milyon ton Qazaxıstan neftinin Almaniyaya nəqli üçün “Transneft”lə razılaşıb.
KazTransOil bu ilin birinci rübündə Almaniyaya 300 min ton neft göndərməyi planlaşdırdıqlarını açıqlayıb.
Bundan əvvəl Almaniya tərəfi Qazaxıstan hökuməti ilə Almaniyanın şərqində yerləşən Şvedt neft emalı zavoduna “Drujba” kəməri ilə Qazaxıstan neftinin stabil tədarükü ilə bağlı danışıqlar aparıb. (Marja)