BP şirkəti SOCAR və “Boğaz International Limited” ilə birlikdə Türkiyədə baş verən zəlzələdən sonra Bakı-Tbilisi-Ceyhan (BTC) boru neft kəmərində və onun obyektlərində yoxlama keçiriblər.
Azərbaycanın neft-qaz gəlirləri kəskin azalıb – 2023-ÜN İLK RƏQƏMLƏRİ
FED.az xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz 2022-ci ilin nəticələrinə həsr olunmuş tədbirdə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, yoxlama nəticəsində ciddi ziyan aşkar olunmayıb və ona görə də boru kəməri ilə neftin ixracı dayandırılmayıb.
Qəri Counz onu da əlavə edib ki, Ceyhanda yerləşən terminalda neftin tankerlərə yüklənilməsində bir qədər fasilə yaransa da, bu proses bərpa olunub və bu həftənin axırından sonra neftin dünya bazarlarına göndərilməsi normal qrafika qayıdacaq. (Apa)