2025-ci ilin yanvar-mart aylarında Azərbaycandan ixrac olunan təbii qazın həcmi və dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə artıb.
Avtomobil idxalı artdı, amma orta dəyər azaldı - GÖSTƏRİCİLƏR
Bu barədə FED.az Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən xəbər verir.
Hesabat dövründə ölkədən 5 milyard 899 milyon kubmetr qaz ixrac olunub. Bu, 2024-cü ilin ilk üç ayı ilə müqayisədə 966 milyon kubmetr və ya 19,6% çoxdur. 2024-cü ilin eyni dövründə isə 4 milyard 933 milyon kubmetr qaz ixrac edilmişdi.
Qaz ixracından əldə edilən vəsait 2 milyard 205 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 752 milyon dollar olub. Beləliklə, ixrac dəyərində 453 milyon dollar və ya 25,9% artım qeydə alınıb.
Qeyd edək ki, 2025-ci ilin ilk üç ayında ixrac olunan qazın 1 kubmetrinin orta ixrac qiyməti 64 qəpik olub. 2024-cü ildə isə bu göstərici 60 qəpik təşkil edirdi. Başqa sözlə, 1 kubmetr üzrə orta ixrac qiymətində illik müqayisədə 4 qəpik və ya 5,3% artım baş verib.
Bu il ümumi ixracın 34,54%-i təbii qazın payına düşüb.