2025-ci ilin yanvar-mart aylarında Azərbaycana idxal olunan avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə artıb.
Azərbaycanın xarici ticarət dövriyyəsi 12 milyard dolları keçib
Bu barədə FED.az Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən xəbər verir.
Hesabat dövründə ölkəyə 22 936 ədəd avtomobil idxal olunub. Bu, 2024-cü ilin ilk üç ayı ilə müqayisədə 3 365 ədəd və ya 17,2% çoxdur. 2024-cü ilin yanvar-mart aylarında isə 19 571 avtomobil gətirilmişdi.
Avtomobil idxalının dəyəri də artaraq 400 milyon 252 min dollar təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 361 milyon 23 min dollar idi. Beləliklə, idxal dəyəri üzrə artım 39 milyon 228 min dollar və ya 10,9% olub.
Bununla belə, bir avtomobilin orta idxal dəyəri azalıb. Belə ki, 2024-cü ilin ilk üç ayında bir avtomobilin orta qiyməti 18 447 dollar olduğu halda, 2025-ci ildə bu göstərici 17 451 dollar olub. Bu da illik müqayisədə 996 dollar və ya 5,4% azalma deməkdir.