2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın qaz ixracı 18,4 milyard kubmetr təşkil edib.
Azərbaycanda sentyabrda gündəlik neft hasilatı üzrə göstərici açıqlanıb
FED.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov sosial şəbəkə hesabında yazıb.
Bildirilib ki, ixracın 51 faizi (9,4 milyard kubmetri) Avropanın, 40 faizi (7,3 milyard kubmetri) Türkiyənin, 9 faizi (1,7 milyard kubmetri) isə Gürcüstanın payına düşüb.
Hesabat dövründə TANAP Türkiyəni 4,2 milyard kubmetr qazla təchiz edib. Cari ilin ilk 9 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 4,2 faiz artıb.