Bu ilin sentyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 78 700 ton olub.
«Azərbaycanda neft gəlirləri azalır, qaz onu əvəz etməyəcək» - AGENTLİKDƏN XƏBƏRDARLIQ
FED.az xəbər verir ki, bunun 65 000 tonunu xam neft, 13 700 tonunu kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74 259 ton) təşkil edir.
Beləliklə, Azərbaycan sentyabr ayında "OPEC+" çərçivəsində kvotasından 9 259 ton geridə qalıb.