Bu ilin yanvar-sentyabr aylarında magistral qaz kəmərləri ilə 29 milyard 825 milyon kubmetr qaz nəql edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 253,7 milyon kubmetr və ya 0,9% çoxdur.
Ötən il bu göstərici 29 milyard 571,3 milyon kubmetr olmuşdu.
Qaz nəqlinin 17 milyard 135,6 milyon kubmetri Cənubi Qafqaz Boru Kəməri vasitəsilə həyata keçirilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 332,8 milyon kubmetr və ya 2% çoxdur.
Ötən il bu kəmərlə 16 milyard 802,8 milyon kubmetr qaz daşınmışdı.
Hesabat dövründə qaz kəmərləri ilə yük dövriyyəsi 9 milyard 884,5 milyon ton-km təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 632,4 milyon ton-km və ya 6,8% çoxdur.
Ötən il bu göstərici 9 milyard 252,1 milyon ton-km olmuşdu.
Yük dövriyyəsinin 8 milyard 473,4 milyon ton-km hissəsi Cənubi Qafqaz Boru Kəmərinin payına düşüb ki, bu da illik müqayisədə 137,4 milyon ton-km və ya 1,6% artım deməkdir.
Bu dövrdə qazın daşınmasından əldə olunan gəlir 2 milyard 71 milyon 837,4 min manat təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 72 milyon 832,4 min manat və ya 3,6% çoxdur.
Ötən il bu göstərici 1 milyard 999 milyon 5 min manat olmuşdu.
Magistral qaz kəmərlərindəki itkilər 34,6 milyon kubmetr təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyon kubmetr və ya 16,9% çoxdur.
Ötən il itkilər 29,6 milyon kubmetr olmuşdu.










