“Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yaxşı işgüzar münasibətlərə və bazar mövqelərinə malik olduğu Rumıniyada biznesini genişləndirmək üçün müxtəlif imkanları nəzərdən keçirir”.
Eləcə də bax: Pərviz Şahbazov: "Azərbaycan Avropaya qaz tədarükünü 40 faiz artıracaq"
FED.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Buxarestdə keçirilən 5-ci Rumıniya Beynəlxalq Təbii Qaz Konfransında deyib.
“SOCAR Rumıniyada sayı 67-ə çatan böyük yanacaqdoldurma məntəqələri şəbəkəsinə malikdir. Üstəlik bu ölkədə şirkətin digər neft məhsulları müəssisələri də mövcuddur. SOCAR-ın yanacaqdoldurma məntəqələrinin sayını artırmaq planları var”, - o bildirib.
Moderatorun Rumıniyada emal zavodu almaq planları barədə sualını cavablandıran nazir deyib ki, Azərbaycan Dövlət Neft Şirkəti həmçinin neft-qaz biznesinin digər seqmentlərində, xüsusən də neft emalı sahəsində iştirak imkanları ilə bağlı danışıqlar aparır. (Report)