Azərbaycan Avropaya qaz tədarükünü 40 faiz artıracaq.
Eləcə də bax: Maya Sandu: Moldova qaz tədarükü ilə bağlı Azərbaycanla - DANIŞIQLAR APARIR
FED.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Rumıniya Beynəlxalq Qaz Konfransında deyib.
"Əgər keçən il tədarükün həcmi 8,2 milyard kubmetr təşkil edirdisə, bu il tədarük 40 faiz artaraq, demək olar ki, 11,5 milyard kubmetrə çatacaq. Bu o deməkdir ki, biz təbii qazın nəqlini təmin etmək üçün mümkün olan hər şeyi edirik", - nazir əlavə edib. (Trend)