Pakistan Nazirlər Kabinetinin İqtisadi Koordinasiya Komitəsi (ECC) “Pakistan LNG Limited” və “SOCAR Trading” şirkətləri arasında mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünə dair çərçivə sazişinin daha üç il müddətinə uzadılmasını təsdiqləyib.
SOCAR Hindistanın ONGC, MRPL şirkətləri ilə enerji əməkdaşlığını genişləndirir
FED.az xəbər verir ki, 2023-cü ildə imzalanmış saziş “Pakistan LNG Limited”ə ehtiyac yarandığı halda “take-or-pay” prinsipi üzrə öhdəlik olmadan ayda bir LNG yükü almağa imkan verir.
Sazişin müddətinin uzadılması Pakistanın mövsümi tələbatdan asılı olaraq çevik şərtlərlə LNG satınalmaları strategiyasına uyğundur ki, bu da ölkənin enerji sektorunun iqtisadi səmərəliliyini artırmağa kömək edəcək.
Xatırladaq ki, 2007-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) marketinq bölməsi kimi əsası qoyulan “SOCAR Trading” 2017-ci ildən LNG və təbii qaz ticarətini fəal şəkildə inkişaf etdirir. 2021-ci ildə şirkət karbon kvotalarının ticarəti platformasını işə salıb. (Report)