"Epsilon Development Company" (EDC) Özbəkistanın cənubundakı Kaşkadərya rayonunda yeni qaz və qaz-kondensat yatağı kəşf edib.
Eləcə də bax: Özbəkistanda böyük qızıl yatağı - Tapılıb
FED.az xəbər verir ki, bunu şirkətin mətbuat xidməti bazar ertəsi bildirib.
Qeyd olunur ki, yatağın ehtiyatları 4 milyard kubmetr qaz və 64 min ton qaz kondensatı səviyyəsində qiymətləndirilir.
Yaxın vaxtlarda quyudan 168 mm diametrli qaz xətti çəkiləcək, hasil edilən qaz əhalinin ehtiyaclarına yönəldiləcəkdir.
2019-cu ilin əvvəlindən Özbəkistanda fəaliyyət göstərən Amerikanın EDC şirkəti çətin bərpa olunan karbohidrogen ehtiyatlarının hasilatı üzrə ixtisaslaşıb. Şirkət 2019-2023-cü illər arasında ölkəyə 5,2 milyard dollar sərmayə qoymağı planlaşdırır.
Hazırda EDS Özbəkistanın "Mübarək", "Kultak-Kamaşi", "Surxan", "Qərbi Fərqanə" və "Ustyurt" investisiya neft-qaz bloklarının işlənməsi ilə məşğuldur. (Marja)