Özbəkistanın Çukurkuduk adlanan ərazisində 133 ton ehtiyatı olan böyük qızıl yatağı aşkar olunub.
Eləcə də bax: ASK Özbəkistanda nümayəndəsini - Təyin Edib
FED.az xəbər verir ki, bu haqda Özbəkistan Geologiya və Mineral Ehtiyatlar Komitəsində keçirilən mətbuat konfransında bildirilib.
Qeyd olunub ki, ötən il 70-80 ton ehtiyatı olan daha bir neçə yataq tapılıb. Surxandərya vilayətində aşkar edilən Çinarsoy yatağında qızıl, gümüş, qurğuşun və digər qiymətli metallar var.
Səmərqənd və Qaşqadərya vilayətlərinin sərhədindəki Sarıkul yatağı isə volframla zəngindir. Qeyd edilib ki, Daşkənd vilayətinin Almalık şəhəri yaxınlığında aşkar olunan böyük mis mədəninin də istismarına başlanacaq. (Azərtac)