“Moody’s” beynəlxalq kredit reytinq agentliyi qlobal energetika sektoru üzrə proqnozunu "Sabit"dən "Müsbət"ə dəyişdirib.
FED.az xəbər verir ki, bu barədə “Moody’s” bildirir.
Agentliyyin açıqlamasında qlobal energetika sektoru üzrə proqnozun dəyişdirilməsi tələb və qiymət artımı səbəbi ilə bağlı olduğu göstərilib, əmtəə qiymətlərindəki artımın gələcək 12-18 aylıq dövrdə bu sahəni dəstəkləyəcəyini gözlədiklərini bildirilib: “Orta müddətdə neftin 1 barelinin qiymətinin 45-65 ABŞ dolları aralığında olacağını təxmin edirik”.
Qeyd edək ki, açıqlamada həmçinin əlverişli bazar şərtlərinin, qarşıdakı dövrdə şirkətlərin kəşfiyyat və istehsal fəaliyyətlərini və şirkət gəlirlərini müsbət təsir göstərəcəyi gözlənildiyi də vurğulanıb. “Moody’s hesab edir ki, qlobal iqtisadiyyatda artım neft və təbii qaza tələbatı bu ilin sonuna və 2022-ci ilin əvvəlinə artıracaq. (Report)