Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2021-2022-ci illər üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu korrektə edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, OPEC-in aylıq hesabatına görə, 2021-ci ildə qlobal gündəlik neft tələbatının artım tempi 5,65 mln. barel təşkil edəcək ki, bu da əvvəlki proqnoza uyğundur.
Eləəc də bax: Azərbaycan noyabrda "OPEC+" öhdəliyini -109% YERİNƏ YETİRİB
Beləliklə, cari ildə qlobal gündəlik neft tələbatının 96,63 mln. barel səviyyəsində olacağı proqnozlaşdırılır (öncəki proqnoz – 96,44 mln. barel).
Eyni zamanda, OPEC gələn il üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu da azaldıb. Gələn il qlobal gündəlik neft tələbatının 100,79 mln. barel səviyyəsində olacağı gözlənilir (öncəki proqnoz – 100,59 mln. barel). Belə ki, 2022-ci ildə neft tələbatının artımı tempi 4,15 mln. barel olacaq, bu da əvvəlki proqnoz göstəricisinə bərabərdir.
Hesabatda qeyd edilir ki, koronavirusun yeni omikron ştamının yayılması neft istehlakının artım templərinə ciddi təsir göstərməyəcək. Yeni ştamın təsirinin mülayim və qısamüddətli olacağı gözlənilir, çünki dünya artıq COVID-19-la mübarizə aparmaq üçün daha çox hazırdır.
Hesabatda həmçinin qeyd olunur ki, ötən il qlobal gündəlik neft tələbatı 90,79 mln. barel olub.