OPEC+ qrupuna daxil ölkələr ABŞ Prezidenti Co Baydenin tələbinə rəğmən neft hasilatını əvvəlcədən planlaşdırılmış səviyyədən çox artırmamaq qərarına gəliblər.
Azərbaycan iyun ayında “OPEC+” üzrə öhdəliyini - Yerinə Yetirib
FED.az“Reuters” agentliyinə istinadən xəbər verir ki, ötən həftə rəsmi Vaşinqton ABŞ-da benzin qiymətlərinin artması fonunda OPEC+ alyansını neft hasilatını artırmağa çağırmışdı.
OPEC+ ölkələri avqustdan ilin sonunadək hər ay neft hasilatını gündəlik 400 min barel artırmaq haqqında artıq razılığı gəliblər və bazarda təklifin tələbi üstələməməsi üçün əlavə artım təklifini rədd ediblər.(report)