Bu ilin iyun ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 705.1 min barrel olub.
Eləcə də bax: BP Azərbaycanda təsdiq olunmuş neft ehtiyatlarının həcmini - Açıqlayıb
Energetika Nazirliyindən FED.az-a verilən məlumata görə, bunun 610 min barrelini xam neft, 95.1 min barrelini isə kondensat təşkil edib.
Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin müvafiq iclaslarında qəbul edilmiş razılaşmalar çərçivəsində ölkəmizdə orta günlük xam neft hasilatının cari ilin iyun ayında 610 min barrel, iyul ayında isə 620 min barrel səviyyəsində saxlanılması müəyyənləşib. (Apa)