2022-ci ilin iyununda Azərbaycanda kondensat nəzərə alınmadan neft hasilatı 0,52 milyon barel/sutka təşkil edib.
Eləcə də bax: Azərbaycan neft hasilatını və ixracını azaldıb, istehlakı artırıb - OPEC
FED.az bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadən məlumat verir.
May ayında bu göstərici 0,57 milyon barel/sutkaya bərabər idi.
Qeyd olunub ki, iyun ayında Azərbaycan OPEC+ sazişinin icra olunmasını 884 faiz yerinə yetirib.
2022-ci iyun ayı üzrə hədəf göstərici 0,7 milyon barel/sutka müəyyən edilmişdi. (Trend)