"Rusiya Avropa İttifaqının (Aİ) tətbiq etdiyi maksimum qiymət həddinə əməl olunmasını tələb edəcək ölkələrə neft və neft məhsulların tədarükünə qadağa qoyacaq".
Avropa ölkələri qazın qiymətinə də - LİMİT QOYDU – MƏBLƏĞ
FED.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu “Rossiya 24” telekanalına müsahibəsində Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.
O bildirib ki, bu qərarla əlaqədar Rusiya neft hasilatını azaltmağa hazırdır: "Belə ki, artıq 2023-cü ilin əvvəlində neft hasilatı 5-7 % azaldıla bilər".
Xatırladaq ki, G7 ölkələri, eləcə də Avropa İttifaqı (Aİ) və Avstraliya dekabrın 5-də Rusiya neftinin yuxarı qiymət həddininin 1 barel üçün 60 dollar müəyyən edilməsi barədə qərara gəlib. Dünən isə Rusiya Prezidenti Vladimir Putin bununla əlaqədar cavab tədbirlərini nəzərdə tutan fərman imzalayacağını bəyan edib. (Report)