Avropa Birliyi təbii qazın qiymətinə limit tətbiq edib.
Azərbaycan Serbiyada elektrik stansiyası tikəcək - TOPLANTI
FED.az xəbər verir ki, yeni qərara əsasən qazın qiyməti 1 meqavat saat üçün 180 dollar hesabı ilə götürülüb və 1 min kubmetr üçün 1850 avrodan baha olmamalıdır. Avropa Birliyinin saytında yayılan məlumata görə, bu qayda fevralın 15-dən tətbiq ediləcək. Rusiya baş nazirinin müavin Aleksandr Novak bu tədbirə qarşı cavab hazırlandığını bildirib.
Xatırladaq ki, bir qədər əvvəl - dekabrın 5-dən etibarən Avropa İttifaqı ölkələri Rusiya neftinin qiymətinə də limit tətbiq edib. Rusiya tərəfi buna qarşı cavab tədbirləri görücəyini açıqlasa da, hələlik belə qərar verilməyib.