Koronavirus peyvəndlərinin qlobal bazarda ortaya çıxması neft tələbatının bərpa olunmasına kömək edir.
Eləcə də bax: Büdcədə neftin qiyməti yenə artırıldı – YENİ QİYMƏT
FED.az xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak deyib.
Onun sözlərinə görə, qlobal neft bazarı 2021-ci il ərzində böhrandan əvvəlki göstəricilərə qayıda bilər: "2020-ci ilin ərzində tələbatın canlanmasını artıq müşahidə etdik, lakin yenə də böhrandan əvvəlki parametrlərə çatmadıq. Ümid edirik, 2021-ci ildə hələ pandemiyanın yayılmasından əvvəlki göstəricilərə çatacağıq".
Baş nazirin müavininin sözlərinə görə, nikbin proqnozlara əsasən, 2021-ci ildə gündəlik qlobal neft tələbatı 5-6 mln. barel arta bilər. (Apa)