Avropadakı istehlakçılar boru kəmərləri ilə nəql edilən qazın tədarükü üzrə uzunmüddətli müqavilələr praktikasına qayıtmaq barədə düşünməlidirlər.
Eləcə də bax: Rusiyanın “Şimal axını-2” olmadığı təqdirdə nə edəcəyi - AÇIQLANIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı Baş nazirin müavini Aleksandr Novaka istinadən xəbər verir.
"Hesab edirik ki, bu baxımdan Avropadakı istehlakçılar üçün boru kəmərləri ilə nəql edilən qazın tədarükü üzrə uzunmüddətli müqavilələr praktikasına qayıtmaq barədə düşünmək məqsədəuyğundur. Bu, iqtisadi cəhətdən sərfəli, etibarlı və ekoloji tərəfdən də səmələridir. Belə bir sistem mavi yanacağın defisitinin yaranması riskini əhəmiyyətli dərəcədə azaltmağa imkan yaradacaq", - A. Novak qeyd edib.
A. Novak Avropadakı enerji böhranının əsas səbəblərini də qeyd edib. Onun sözlərinə görə, bunlar ənənəvi enerji mənbələrinin maliyyələşdirilməsini məhdudlaşdırmaq cəhdi, eləcə də pandemiyadan sonra iqtisadi canlanma ilə əlaqədar tələbin təklifi üstələməsidir.
Onun fikrincə, məhz bu səbəblərə görə də ötən ilin ikinci yarısında dünya bazarlarında qaz və kömür bir neçə dəfə bahalaşıb.