Azərbaycandan bu ilin yanvar-avqust aylarında Niderlanda 223 min 331 ton neft ixrac edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Niderlanda ixrac edilmiş neftin dəyəri isə 126,5 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 54,3 min ton (32,2%), dəyərində isə 19,6 milyon dollar (18,4%) artım baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayında isə Azərbaycan Niderlanda 106,8 milyon dollar dəyərində 168 min 986 ton neft ixrac etmişdi.
Bu ilin yanvar-avqust aylarının nəticələrinə görə Niderlanda ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 963 manat (1 barrel- 132 manat) olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 112 manat (10,4%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 1075 manata (147 manat) bərabər olub.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında Niderland 2025-ci ildə 10-cu, 2024-cü ildə isə 15-ci yerdə olub.