Bu il “Brent” markalı etalon neftinin orta qiyməti bir barel üçün 75 ABŞ dolları səviyyəsində ola bilər.
Eləcə də bax: Neftin qiyməti 100 dollaradək artacaq - PROQNOZ
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə "S&P Global Ratings" ("S&P") beynəlxalq reytinq agentliyi bildirir.
Agentliyin proqnozuna əsasən, 2023-cü ildə “Brent” neftinin qiyməti 65 dollar, 2024-2025-ci illərdə isə 55 dollar səviyyəsində olacaq.
Qeyd olunur ki, 2021-ci ildə “Brent” neftinin orta qiyməti 71 dollar təşkil edib, 2020-ci ildə isə bu göstərici 43 dollar olub.