ABŞ-ın "Morgan Stanley" bankının analitikləri bu ilin III rübündə "Brent" markalı etalon neftinin bir barelinin qiymətinin 100 ABŞ dollarınadək artacağını proqnozlaşdırırlar.
Eləcə də bax: Neftin qiyməti gələn il 105 dollara çata bilər - PROQNOZ
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, öncə ekspertlər qiymətin 90 dollara yüksələcəyini gözləyirdilər.
Analitiklərin fikrincə, qlobal neft ehtiyatları əvvəlki ildə əhəmiyyətli dərəcədə azaldıqdan sonra, 2022-ci ilin sonunadək bir qədər də düşəcək.
Qeyd edək ki, hazırda ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin mart müqaviləsinin dəyəri 1,22% azalaraq 1 barelə görə 87,3 dollar təşkil edib.