Dünya birjalarında neftin qiyməti Səudiyyə Ərəbistanından gələn xəbərlər fonunda bahalaşır.
FED.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 71,14 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 61,61 dollara alıcı axtarır.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid əl-Falih ölkədəki Şərq-Qərb neft boru kəmərindəki 2 nasos stansiyasına partlayıcı ilə təchiz edilmiş dron vasitəsilə hücum olduğu deyib. Nazir hadisəni terror aktı kimi qiymətləndirib.
Onun sözlərinə görə, hazırda hadisə nəticəsində dəymiş ziyan aradan qaldırılır.
Eləcə də bax: Səudiyyə Ərəbistanında neft kəmərlərinə hücum olub