14 may 2019 15:40

Səudiyyə Ərəbistanında neft kəmərlərinə hücum olub

Səudiyyə Ərəbistanında pilotsuz uçan aparatlar (PUA) vasitəsilə neft kəmərlərinə hücum olub.

FED.az xəbər verir ki, “Haber7”nin məlumatına görə, bunu Səudiyyə Ərəbistanının enerji və sənaye naziri Xalid bin-Əl-Falih bildirib.

Onun sözlərinə görə, hücumdan sonra əsas kəmər vasitəsilə neftin nəqli dayandırılıb. 

Hücumu Yəməndə İranın dəstəklədiyi hüsi qiyamçılarının etdiyi ehtimal olunur.

Eləcə də bax: Əhali təbii qaz üçün 320 milyon manat ödəyib

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz