Dünya bazarında neftin qiyməti növbəti dəfə artıb.
Azərbaycan nefti 90 dollara yaxınlaşdı – SON VƏZİYYƏT
FED.az xəbər verir ki, London birjasında (ICE) Brent markalı neft son 7 ilk dəfə olaraq 87 dolları keçib. Sonuncu dəfə belə qiymət 2014-cü ilin oktyabrında qeydə alınmışdı.
Hazırda qiymət 86,9 dollar ətrafındadır.
«Bloomberg»in məlumatına görə, neftin belə bahalaşması Yaxın Şərqdə geopolitik vəziyyətin gərginləşməsi (husilər tərəfindən Abu-Dabiyə pilotsuzların hücumu) və omikron virusu ilə bağlı narahatlıqların azalması ilə bağlıdır.