Brent markalı neftin qiyməti aprelin 15-dən sonra ilk dəfə 30 dolları keçib.
Eləcə də bax: Azərbaycan neftinin qiyməti - «B PLANI»NA YAXINLAŞIR
FED.az xəbər verir ki, Brent neftinin bir barelinin qiyməti London birjasında 30,03 dollar təşkil edir. Brent nefti 2,83 dollar və ya 10,40% bahalaşıb.
Qeyd edək ki, Brent markalı neft sonuncu dəfə aprelin 15-də bu qiymətə olub.
WTI markalı neftin bir bareli isə 16,43% və ya 3,35 dollar bahalaşma ilə 23,74 dollara yüksəlib.