2024-cü ilin sonuna xam neft və təbii qaz hasilatı sahəsində işləyənlərin orta aylıq əmək haqqı 3 669,5 manata çatıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu 2023-cü ilin eyni dövrü ilə müqayisədə müqayisədə 243,6 manat və ya 7% çoxdur.
Ötən ilin eyni dövründə bu sahədə çalışanların orta aylıq əmək haqqı 3 425,9 manat idi.
Qeyd edək ki, dövlət sektrounda çalışanların orta aylıq əmək haqqı 2 338,6 manat təşkil edib ki, bu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 127,7 manat və ya 5,8% çoxdur.
Özəl sektorda çalışanların orta aylıq əmək haqqı isə 4 550,7 manat olub. Bu da illik müqayisədə 305,2 manat və ya 7,2% çoxdur.