2024-cü ilin sonuna sığorta, təkrarsığorta və pensiya təmiantı sahəsində işləyənlərin orta aylıq əmək haqqı 2 779,4 manata çatıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu 2023-cü ilin eyni dövrü ilə müqayisədə müqayisədə 580,7 manat və ya 26% çoxdur.
Ötən ilin eyni dövründə bu sahədə çalışanların orta aylıq əmək haqqı 2 198,9 manat idi.
Qeyd edək ki, dövlət sektrounda çalışanların orta aylıq əmək haqqı 2 863,5 manat təşkil edib ki, bu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 938,5 manat və ya 48,7% çoxdur.
Özəl sektorda çalışanların orta aylıq əmək haqqı isə 2 769,1 manat olub. Bu da illik müqayisədə 500,5 manat və ya 22,1% çoxdur.