İranın İraqdakı ABŞ bazalarına raket hücumu təşkil etməsinin ardından ABŞ Prezidenti Donald Tramp ilk dəfə kameraların qarşısına çıxıb.
Eləcə də bax: "ABŞ-ın Orta Şərq neftinə - EHTİYYACI YOXDUR"
FED.az "Marja"ya istinadən xəbər verir ki, Tramp, "Dünən axşamkı hücumda heç bir ABŞ-lı zərər görməmişdir. Hərbi bazalarımızda yalnız minimal bir ziyan meydana gəlmişdir. İraqlı ya da ABŞ-lı heç kim zərər görməyib" deyib.
Tramp açıqlamasında İrana qarşı hərbi əməliyyat ilə bağlı danışmayıb, əksinə, "İran terrora dəstəyini sona çatdırmalıdır. İranla yeni müqavilə bağlanılmalıdır, dünya daha barışcıl olmalıdır" deyib.
Trampın açıqlamalarından sonra neft qiymətləri kəskin düşüb. Bakı vaxtı ilə saat 21:00-da Brent nefti 4% ucuzlaşama ilə 65,82 dollardan alıcı tapıb.
Dünən gecə İranın İraqdakı ABŞ bazalarına raket hücumu təşkil etməsinin ardından Brent neftinin qiyməti 71,75 dolları görmüşdü.