"Brent" markalı neftinin 2019-cu ilin yanvar ayı üçün olan fyuçersinin dəyəri 5,89 faiz aşağı düşərək bir barel üçün 65,99 dollar təşkil edib.
FED.az TASS-a istinadən xəbər verir ki, bu qiymət Londonun ICEbirjasında keçirilən hərraclar zamanı məlum olub.
"Brent"in qiyməti sonuncu dəfə bu il martın 19-da 66 dollar olmuşdu.
Eləcə də bax: Hökumət üçün «həyacan zəngi» - NEFT SÜRƏTLƏ UCUZLAŞIR