Dünya bazarında neftin qiyməti sürətlə ucuzlaşır. FED.az ENERGETİKA xəbər verir ki, bu gün London birjasında Brent neftinin qiymətini apreldən bəri ilk dəfə olaraq 69 dollardan aşağı olub. Hazırda neftin bir bareli 69 dollar ətrafında dəyişir.
Qiymətlərin aşağı düşməsi neft bazarına əlavə neft həcmlərinin axması və neft qadağası qoyulan İranın qiymətləri aşağı salmasıdır.
Son bir həftə ərzində neftin qiymətində 14,1%, qiymətlərin bu il ərzində hələlik ən yüksək olduğu oktyabrın 3-dəki göstərici (86,3 dollar) ilə müqayisədə 17 dollar və ya 20%-ə yaxın azalma var.
WTI markalı neftin qiyməti isə bu gün 60 dollara enib. Bu oktyabrın 3-dəki göstərici (76,41 dollar) ilə müqaysədə 14 dollar və ya 21% azdır.
Hazırda neft qiymətləri aprelin əvvəlindəki həddədir və enmə davam edir.
Azərbaycan nefti də ucuzlaşmaqdadır. Neft qiymətlərinin rekord vurduğu oktyabrın 3-də «Azərilayt» nefti də 87,1 dollara satılaraq rekord vurmuşdu. Amma bundan sonra uxuzlaşma başlayıb və ötən həftənin sonunda 70,95 dollara enib. Hazırda Azərbaycan neftinin bir bareli 71,12 dollardır.
Qeyd edək ki, 2019-cu ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 60 dollardan göürülüb. Layihə müəllifləri bu zaman dünyadakı iqtisadi vəziyyəti, neftin mövcud qiymətlərini və bununla bağlı proqnozları əsas götürüblər. Amma baş verənlər göstərir ki, neftin dünya qiyməti ilə büdcədəki qiyət arasında cəmi 10 dollarlıq fərq hazırki qeyri-sabit situasiya üçün çox kiçikdir. Neft bazarında baş verənlər gələn ilin büdcəsini planlaşdıran hökumət üçün «həyacan zəngi» olmalıdır.
Hökumət üçün «həyacan zəngi» - NEFT SÜRƏTLƏ UCUZLAŞIR
14:24
13 Noy 2018