Bu ilin yanvar-mart aylarında neft və qaz hasilatı sahəsində orta aylıq nominal əmək haqqı 4 231,4 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
İllik müqayisədə bu göstərici 282,7 manat (6,3%) azalıb. Ötən ilin müvafiq dövründə bu sahədə orta aylıq əmək haqqı 4 514,1 manat olmuşdu.
Məlumatlara əsasən, hesabat dövründə dövlət sektorunda orta aylıq maaş 2 461,2 manat təşkil edib. Bu, illik müqayisədə 195,8 manat (8,6%) artım deməkdir. 2024-cü ilin müvafiq dövründə bu göstərici 2265,4 manat idi.
Qeyri-dövlət sektorunda isə orta aylıq maaş 5 370,6 manat olub. İllik müqayisədə 654,3 manat (10,9%) azalma qeydə alınıb. Ötən ilin eyni dövründə bu rəqəm 6 024,9 manat təşkil etmişdi.