Bu ilin yanvar-mart aylarında maliyyə fəaliyyəti sahəsində orta aylıq nominal əmək haqqı 2664,2 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
İllik müqayisədə bu göstərici 323,8 manat (13,8%) artıb. Ötən ilin müvafiq dövründə bu sahədə orta aylıq əmək haqqı 2340,4 manat olmuşdu.
Məlumatlara əsasən, hesabat dövründə dövlət sektorunda orta aylıq maaş 3348,3 manat təşkil edib. Bu, illik müqayisədə 517,8 manat (18,3%) artım deməkdir. 2024-cü ilin müvafiq dövründə bu göstərici 2830,5 manat idi.
Qeyri-dövlət sektorunda isə orta aylıq maaş 2509,8 manat olub. İllik müqayisədə 291,4 manat (13,1%) artım qeydə alınıb. Ötən ilin eyni dövründə bu rəqəm 2218,4 manat təşkil etmişdi.