Azərbaycandan bu ilin yanvar-oktyabr aylarında Almaniyaya cəmi 956,7 min ton neft ixrac edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Almaniyaya ixrac edilmiş neftin dəyəri isə 502 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 81 min ton (9,3%) artım olsa da, dəyərində 58 milyon dollar (10,4%) azalma baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayında isə Azərbaycan Almaniyaya 560 milyon dollar dəyərində 875,6 min ton neft ixrac etmişdi.
Bu ilin yanvar-oktyabr aylarının nəticələrinə görə Almaniyaya ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 525 dollar olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 115 dollar (18%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 640 dollara bərabər olub.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında Almaniya 2025-ci ildə 4-cü, 2024-cü ildə isə 7-ci yerdə olub.










