Dövlət Neft Fondu (ARDNF) 2020-ci ilin ilk 6 ayi üzrə investisiya fəaliyyətinin yekunlarını açıqlayıb.
Eləcə də bax: ARDNF-in bu şəhərlərdəki daşınmaz əmlakları bahalaşıb - SİYAHI
FED.az Fondun hesabatına istinadən xəbər verir ki, ilin əvvəlindən Neft Fondunun ehtiyatları 100 milyon dollar azalıb, amma son aylar dinamika artmağa doğrudur. Fondun vəsaitlərinin 99%-ə yaxını 9 əsas valyutada saxlanılır, əsas hissə dolların payına düşür – 68%.
Pulların 67%-i ismtiqrazlarda 6%-ə yaxın isə əmlakda saxlanılır. Bundan başqa, fondun 101,8 ton qızılı var.
Vəsaitlərin 86%-i 1-5 il müddətinə yerləşdirilib.