Dünya bazarında neftin qiyməti dünən gecə baş verən kəskin bahalaşmadan sonra həmin sürətlə ucuzlaşmağa başlayıb.
Səudiyyə Ərəbistanı da neft hasilatını azaldır
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu gün ərzində London birjasında Brent markalı neft ucuzlaşaraq yenidən ucuzlaşaraq 100 dollardan aşağı düşüb.
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
Neftin qiyməti təxminən 21 dollar azalaraq 98 dollara enib. Ucuzlaşma elə sürətlə baş verib ki, çox güman ki Azərbaycan nefti bu proseslərə görə bahalaşmağa macal tapmayıb.
“Saudi Aramco” nefti tenderlə satmağı təklif edib - YUXARI QİYMƏT ÖDƏYƏN ALACAQ
Xatırladaq ki, İrandakı müharibə ilə əlaqədar olaraq martın 9-dan başlayan yeni iş həftəsində neft bahalaşmanı davam etdirib və sürətlə 100 dolları keçərək 120 dollara yaxın irəliləyib. Buna səbəb İrandakı müharibə və regiondakı hərbi əməliyyatlar səbəbindən Fars körfəzinin və Hörmüz boğazının bağlanması, eləcə də körfəz ölkələrinin bir-birinin ardınca neft hasilatını azaltmasıdır.
Təcili: Neft 20% bahalaşdı, qiyməti 111 dolları keçdi – YENİ QİYMƏT
Belə ki, artıq nefti saxlamaq və daşımaq problemi ilə üzləşən İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı neft hasilatını azaldacaqlarını elan ediblər.
Körfəz ölkələri BƏƏ və Küveyt neft hasilatını - AZALTMAĞA BAŞLADILAR











