Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkəti bir sıra nadir tenderlər vasitəsilə təcili neft tədarükü təklif edib.
SEPAH heç bir tankerin Hörmüz boğazından keçməsinə icazə verməyəcəyini açıqlayıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, “Bloomberg”in məlumatına əsasən, bu qərar Hörmüz boğazının faktiki olaraq bağlanması fonunda qəbul edilib. Bu da tədarükləri Qırmızı dəniz vasitəsilə yönləndirməyə məcbur edir.
“Saudi Aramco” üç növ neft təklif edib – “Arab Extra Light”, “Arab Heavy” və “Arab Light”.
Son günlər ərzində şirkət bu növlərdən təxminən 4,6 milyon barel təklif edib.











