İrandakı müharibə və Hörmüz boğazının bağlanmasından sonra Körfəz ölkələri, cümlədən BƏƏ və Küveyt neft hasilatını azaltmağa başlayıblar
Analitiklər bildirir ki, neft sahəsi artıq gəmiçilik problemi ilə üzləşiblər və bu problemin həlli hələ də görünmür.
«Bloomberg» agentliyinin məlumatına görə, artıq Birləşmiş Ərəb Əmirlikləri və Küveyt gəmiçilik və logistika problemləri səbəbindən neft hasilatını azaltmağa başlayıblar.
«Abu Dhabi National Oil Co» şirkəti elan edib ki, şirkət neftin saxlama tələbatını nəzərə alaraq neft hasilatını yenidən tənzimləyir – bu hasilatın azalması deməkdir, çünki artıq anbarlarda neft saxlamaq üçün yer qalmayıb. «Kuwait Petroleum Corp» şirkəti isə elan edib ki, İranan hədələri və Hörmüz boğazındana neftin daşınmasının mümkünsüz olduğunu nəzərə alaraq hasilatı azaltmağa başlayır.
Xatırladaq ki, ABŞ və İsrailin İrana hücumu və bundan sonra baş verən hadisələr Yaxın Şərqdə və Hörmüz boğazında vəziyyəti gənginləşdirib. Artıq boğazdan neft tankerlərinin hərəkəti mümkünsüz olub.
Məlumat üçün bildirək ki, məhz Hörmüz boğazı Fars körfəzini açıq okeanla əlaqələndirir. İranın hədələri dünyanın əsas neft regionlarından birinin dünya bazarına yolunu bağlayıb. Nəticədə dünya bazarında neftin qiyməti 93 dollara yüksəlib.
Bu vəziyyət istehlakçıları alternativ mənbələr axtarmağa vadar edib, eyni zamanda bahalaşma nəticəsində dünyada inflyasiyanın yüksəlməsi təhlükəsi yaradıb.
Küveytdə neft hasilatının azalması şənbə günündən başlayıb və ilkin olaraq sütkada 100 min barel azalma olacaq. Bundan sonra isə hasilatın azalma daha 3 dəfə artaraq gündə 300 min barelə yüksələcək. Bu vəziyyət ehtiyatların həcmindən və Hörmüz boğazındakı vəziyyətdən asılı olacaq. Xatırladaq ki, yanvar ayında Küveyt gündə 2,57 milyon barel neft hasil edirdi.
Birləşmiş Ərəb Əmirlikləri isə, hələ yanvarda gündə 3,5 milyon barel neft hasil edirdi və bu göstəriciyə görə OPEK-də 3-cü yeri tutur. İndi isə ölkə Hörmüz boğazını yan keçməklə nefti ixrac etməyə çalışır, ya da nefti anbarlara toplamağa çalışır.
Hazırda «Adnoc» şirkətinə məxsus olan neft kəməri gündə 1,5 milyon barel neft nəql edir. Bu həcmlər BƏƏ-nin qərb sahilindəki Fuceyra limanına daşınır. Şirkət elan edib ki, hələlik kəmərin işində bir problem yoxdur.
Xatırladaq ki, BƏƏ və Küveyt-dən əvvəl digər körfəz ölkələri də neft və qaz hasilatını azaldacaqlarını elan ediblər.
Bir neçə gün əvvəl İraq hökumətin anbarların dolması səbəbindən neft hasilatını azaldacağını bildirib, Səudiyyə Ərəbistanı özünün ən böyük neft emalı zavodunu dayandırıb, Qətər isə İran dronlarının hücumlarından sonra dünyada ən böyük sıxılmış qaz istehsal edən zavodu dayandırıb.
Neftin bahalaşmasına gəlincə, İran müharibəsindən sonra qiymətlərin yenidən enməsi gözlənilir.











