Naxçıvan-İğdır qaz boru kəməri layihəsinin həyata keçirilməsi çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır rayonu ərazisində daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı qərar imzalayıb.
Eləcə də bax: Türkiyə-Naxçıvan qaz boru kəmərinin illik nəqletmə gücü - 500 Mln. Kubmetr Olacaq
FED.az xəbər verir ki, əmlakın özgəninkiləşdirilməsi layihə çərçivəsində lazımi obyektlərin tikintisi məqsədi ilə həyata keçiriləcək. Özgəninkiləşdirilmə prosesi "BOTAŞ" şirkəti tərəfindən aparılacaq.
Məlumata görə, proses İğdır vilayətinin Mərkəz, Karakoyunlu və Aralık rayonlarının ərazilərini əhatə edəcək.
Xatırladaq ki, ötən ilin dekabrında Ankarada Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan tərəfindən energetika naziri Pərviz Şahbazov, Türkiyə tərəfdən isə energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıb. (Apa)