Türkiyə-Naxçıvan qaz boru kəməri il ərzində 500 mln. kubmetr qaz nəql etmək imkanına malik olacaq.
Eləcə də bax: Azərbaycanın təbii qazı Qarabağdan keçərək Türkiyəyə - Nəql Ediləcək
FED.az xəbər verir ki, bunu bu gün "Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına Türkiyə Respublikasından təbii qazın tədarükünə dair Anlaşma Memorandumu" imzalanması mərasimində Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez bildirib.
Bunun üçün İğdır vilayətindən Naxçıvana (Sədərək) 85 km boru kəməri çəkiləcək. Boru kəməri SOCAR və Türkiyənin "BOTAŞ" şirkətinin birgə əməkdaşlığı ilə inşa olunacaq.
Türkiyə-Naxçıvan kəmərinə qaz TANAP-dan ötürüləcək.
Xatırladaq ki, hazırda Naxçıvan Muxtar Respublikasının qazla təminatı İranla svop əməliyyatları əsasında həyata keçirilir. (Apa)