Azərbaycanın ("Ba2", "stabil" – emitentin uzunmüddətli reytinqi – red.) əsasən böyük suveren aktivlərinin olması və xarici valyuta ehtiyatları ölkəni neft qiymətlərinin kəskin azalmasına qarşı daha az həssas edir.
Eləcə də bax: Neftin ucuzlaşması özünü indi göstərdi - İXRAC 4 İLİN MİNUMUMUNDA
FED.az xəbər verir ki, bu barədə "Moody's Investors Service" şirkətinin araşdırmasında deyilir.
Araşdırmaya əsasən, neft ixracatçıları arasında Azərbaycan, Qazaxıstan, Rusiya, Səudiyyə Ərəbistanı və Qətər neft bazarının çöküşü səbəbindən yaranan şoklara daha dayanıqlıdır. Oman, İraq və Bəhreyn kimi ölkələr isə maliyyə buferlərinin məhdud olması səbəbindən sarsıntılara daha həssas sayılır.
"Moody's" qeyd edir ki, yuxarı neft qiymətləri dövründə bir çox karbohidrogen ixracatçıları böyük suveren aktivlər ehtiyatı toplayıb. Bu, hazırkı aşağı qiymətlər şəraitində onlara yüksək davamlılıq səviyyəsini təmin edəcək. Lakin bu davamlılığı dəstəkləmək üçün xərclər azaldılmalıdır.
Sözügedən dövrdə suveren aktivlərin likvidliyi yüksək olan hissəsinin dövlət borcunu əhəmiyyətli dərəcədə üstələməsinə, büdcə kəsirlərini və dövlət borclarını bağlamaq üçün şərait yaradır.
"Moody's"in araşdırmasında bildirilir ki, 2019-cu ildə büdcə ehtiyatları BƏƏ, Qətər, Azərbaycan və Qazaxıstanda dövlət borcundan yüksək, Səudiyyə Ərəbistanda isə eyni səviyyədə olub. (Apa)