2020-ci ilin may ayında ən aşağı rəqəmdə ölkəyə valyuta daxil olduğu açıqlanmaqla 4 ilin ən aşağı göstəricisi müşahidə edilib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin 5-ci ayında Azərbaycan 665.51 mln. dollar həcmində məhsul ixrac edib. Bu ixracla paralel, ölkəyə xaricdən 782.53 mln. dollar dəyərində məhsul idxal eilib.
Eləcə də bax: Neft yenə geri gedir – UCUZLAŞMA – QİYMƏTLƏR
Azərbaycan sonuncu dəfə ixracda bu qədər kiçik rəqəmə düz dörd il öncə 2016-cı ilin may ayında rast gəlib. Həmin tarixdə Azərbaycanın may ayı üzrə 587.03 mln. dollarlıq məhsul ixrac etmişdi və ya bu həcmdə valyuta qəbul etmişdi. Həmin dövrdə isə mənfi saldo 150.43 mln. dollar idi.
Nəticə isə son illərin az rast gəldiyimiz respublikanın ticarət saldosunun “mənfiyə” düşməsinə səbəb olub. May ayı üzrə Azərbaycanın ticarət saldosunun mənfisi 117.02 mln. dollar təşkil edib.