Mənzillərin girişində elektrik sayğaclarının quraşdırılması qaydası dəyişib.
FED.az xəbər verir ki, bu Nazirlər Kabinetinin qərarı ilə «Elektrik enerjisindən istifadə Qaydaları»na edilən dəyişikliklərdə əksini tapıb.
150 kVt-dan yuxarı qurğularının istismarına görə – RÜSUM ÖDƏNİLƏCƏK
İndiyədək qəvvüdə olan qaydalara əsasən, istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilərdi.
İndi isə bu qayda dəyişib. Əvvəla bundan sonra binanın istismarda olub-olmamasından asılı olmayaraq hər mənzil üçün elektrik sayğacı quraşdırılacaq.
Bundan başqa, əgər indiyədək sayğacın mənzillərdən çıxarılması şərt eimi qoyulmamışdısa (çıxarıla bilər kimi qeyd edilmişdi), indi bu artıq dəqiq tələbdir.
Dəyişikliyə əsasən, yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır.
Başqa sözlə, dəyişiklik təkcə mənzillərin deyil, binanın və fərdi evlərin sayğaclarını da əhatə edir.
«Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır»-deyə yeni qaydalarda bildirilir.