Azərbaycanda 150 kVt-dan yuxarı elektrik qurğularının istismarına icazə evrilərkən rüsum ödəniləcək.
Bakıdakı kafelərdə qaz qurğuları üzrə - YOXLAMALAR BAŞLAYIB
FED.az xcəbər verir ki, bu Nazirlər Kabinetinin «Elektrik enerjisindən istifadə Qaydaları»na edilən dəyişiklikdə nəzərdə tutulub.
Qərarda deyilir ki, «Dövlət rüsumu haqqında» Qanuna edilmiş dəyişiklik nəticəsində həmin Qanunda nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən rüsumun tam məbləğdə dövlət büdcəsinə ödənilməsi müəyyən edilib, həmçinin Nazirlər Kabineti tərəfindən müəyyən edilən güc həddindən yuxarı elektrik qurğularının istismara buraxılış aktının verilməsinə görə dövlət rüsumu müəyyən edilib.
Bununla əlaqədar müvafiq qərarla 150 kVt-dan yuxarı elektrik qurğularının istismara buraxılış aktının verilməsinə görə «Dövlət rüsumu haqqında» Qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulması ilə bağlı müddəa əlavə edilib.