Rusiyanın "Lukoil" neft-qaz şirkəti aşağı neft qiymətləri fonunda 1,5 mlrd. dollarlıq layihələri dondurub. Aşağı neft qiymətləri dövrünün davam etdiyi halda, şirkət investisiya proqramlarının ixtisarını nəzərdən keçirəcək.
Eləcə də bax: Rusiya milyarderləri bu il 17 mlrd. dollara yaxın itirib - TOP-10
FED.az xəbər verir ki, Rusiya mətbuatının verdiyi məlumata görə, bunu şirkətin rəhbəri Vahid Ələkbərov deyib.
O qeyd edib ki, bu gün neftin böyük həcmləri anbarlara vurulub və qiymət sabit olaraq 40 dollar civarındadır. Bu cür aşağı qiymətlər neft sənayesində investisiya fəallığının kəskin azalmasına səbəb olur: "Bu gün təxminən 1,5 mlrd. dollarlıq layihələr dondurulub. Aşağı neft qiymətləri dövrü davam edərsə, əlbəttə, investisiya proqramlarının azaldılmasına yenidən baxmaq məcburiyyətində olacağıq".(APA)