Liviyada xam neft hasilatının artması dünya bazarında neftə olan tələbatın yüksəlməsi səbəbindən bazarda o qədər də təşviş yaratmayacaq.
Eləcə də bax: Neftin ucuzlaşması ilə Azərbaycanın azalan gəliri məlum oldu
FED.az xəbər verir ki, “S&P Global”a görə, bunu treyderlər bildirib.
Treyderlərin fikrincə, Liviya gündəlik nefti hasilatının gözləniləndən 1 milyon bareldən daha çox artması bazarın strukturuna az təsir edib:
“İlkin nətiçələrə görə, Liviyada neft hasilatının gözləniləndən çox artması bazarda panikaya səbəb olmayıb və bazar onu absorbsiya edib”.
Bazar iştirakçıları hesab edir ki, Liviya neftinin dənizdə saxlanması üçün xüsusi bazanın olmaması "Dated Brent"ə (Neftin 10 gündən az müddətə daşınması) cüzi təsir edəcək.
Onlar hesab edir ki, adıçəkilən ölkəyə məxsus nefti Avropa bazarına geri dönməsi ABŞ və Qərbi Afrika xam neftinin bu qitədə satışlarının azalması ilə üst-üstə düşüb.
Silahlı qruplaşmalar arasında atəşkəs elan edilməsi nəticəsində Liviya son 2 ayda neft hasilatını sürətlə bərpa etdi. Sentyabrın əvvəlində gündəlik neft hasilatı 100 min bareldən az olan Liviyada artıq gündəlik neft hasilatı 1 milyon bareli ötüb. Liviya rəsmiləri ilkin açıqlamalarında dekabıra qədər gündəlik neft hasilatının 700 min barel olacağını qeyd etmişdilər”.
Treyderlər qeyd edir ki, tələbatın olması neftin dənizdə saxlanmasına şərait yaratmır və gündəlik artan hasilatı absorbsiya edir:
“Proseslər onu göstərir ki, hasilat getdikcə artacaq və bu bazarın özünü yenidən balanslaşdırmasına şərait yaradacaq”.
Şirin xam neftin aşağı marja və kifayət qədər istehsalına baxmayaraq Liviya neftinə tələbat yüksəkdir. Bu ölkənin nefti Aralıq dənizi və Şimal-Qərbi Avropada təmizlənsə də bir hissəsi Çinə daşınır.
Liviya neftinə olan tələbatın digər səbəbi onun Avropadakı emal mərkəzlərinə yaxınlığıdır.
“Liviya neftinin Avropada əsas rəqibi ABŞ-ın WTI, Qazaxıstanın “CPC Blend”, Əlcəzairin “Saxara Blend”, Nigeriyanın “Bonny Light” və Azərbaycanın “Azeri Light” xam neftidir. Məhz Liviya neftinin Avropa bazarına dönməsi bu xam neftləri təzyiq altına qoyur amma bu təzyiq gözlənilənlərdən daha azdır, çünki Avropanın tələbatı stabil olaraq qalır”.
“Platts”ın məlumatına görə, oktyabrın 4-də ultra-yüngül neft olan “Saharan Blend” 0,65 ABŞ dolları ucuzlaşaraq son 5 ayın həddinə düşüb. Amma noyabrın 13-dən etibarən tədricən bərpa olunub.
Liviyada neft hasilatının artmasına baxmayaraq OPEC və tərəfdaş ölkələrin nazirlərinin noyabrın 30-u və dekarın 1-də nəzərdə tutulmuş görüşündə neft hasilatının azaldılması ilə bağlı qərara təsir etməyəcəyi qeyd edilir. OPEC+ ölkələri gündəlik 7,7 milyon barel azaltmaqla bağlı qərarını yumşaldaraq bu rəqəmi 5,8 milyon barel/günə düşəcəyi deyilir. Amma onlar da qeyd edir ki, qlobal neft tələbatında dəyişiklik, COVID-19 pandmeiyası səbəbindən Avropada qapanmaların artması bu qərara təsir edə bilər.
Liviyada illərdir yaşanan daxili çəkişmələrə görə, bu ölkə OPEC kvotasından kənarda saxlanır, amma indi təşkilat ölkənin bazar payını da nəzərə almaq məcburiyyətindədir.
Ekspertlər hesab edir ki, yanvara görə hasilat 2 milyon barel/günə çatmayacaq:
“Bir çox məsələlər indi anlaşılır. OPEC vəziyyətin reallığını dərk edərək sürətli şəkildə uiyğunlaşma məsələsində yaxşı işlər gördü”. (Report)